Bu ərazidə ərazidə hərəkət məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar 8-9 oktyabr tarixlərində axşam saat 11:00-dan səhər saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq.
Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edir.