12 Oktyabr 2018 13:00
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lider hakimiyyətə gəldikdən sonra bütün qonşularla korlanan münasibətlər yenidən quruldu və bu gün də bu siyasət uğurla, balanlaşdırılmış şəkildə davam etdirilir.

Teleqraf.com-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Azərbaycanı istəməyən qüvvələrin aranı qatmaq istədiyini deyən deputat vurğulayıb ki, bu gün ermənilərin əli ilə ölkəmizə qarşı müxtəlif addımlar atılır:

“Bu ilin bir neçə ayı ərzində bir neçə xarici, aparıcı, eləcə də qonşu ölkələrin rəhbərləri Azərbaycana səfər edib, biznes forumlar keçirilib, sənədlər imzalanlıb. Bura Rusiya, Almaniya, Türkiyə və digərləri daxildir Biz atdığımız addımlarımızla qurulan münasibətlərə xələl gətirməməli, anti-Azərbaycan ab-havasının yaradılmasına imkan verməməliyik”.

S. Novruzov qeyd edib ki, hazırda həssas dövrdür: “Hesab edirəm ki, burada oturan hər bir şəxs öz dövlətini sevən biridir. Biz öz əməli fəaliyyətimizlə Prezdentin apardığı xarici siysətə xələl gətirməməliyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər