“Qarşı tərəfdən ən çox mənə hücumlar başlayıb”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri KXCP-də keçirilən tədbirdə Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Onun sözlərinə görə, qarşı tərəf (Müsavat-AXCP) heç Milli Şurada bir şey edə bilməyib.
Tədbirdə iştirak edən VAMBP sədri Hacıbaba Əzimov deyib ki, QHT təmsilçilərinin hüquqlarının müdafiəsi üçün layihə hazırlayıb. Onun sözlərinə görə, layihəyə əsasən, 6 komissiya yaradılması nəzərdə tutulub.
S.Cəlaloğlu isə əlavə edib ki, müdafiə komitəsinin formatı aydın deyil: “Konkret olaraq təşkilatın adı mənə bəlli deyil".
H.Əzimov S.Cəlaloğluya cavab verərək bildirib ki, iş görmək lazımdır: "Amma çoxu iş görmək istəmir. Mən müxalifəti tanıyıram".
Daha sonra H.Əzimov əsəbiləşərək zaldan çıxıb və dəhlizdə gəzişməyə başlayıb.
Nemət