25 Oktyabr 2018 16:01
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəllər təyyarə, antibiotik istehsalına maraq yüksək idisə, bu gün 3G, çap, nanotexnologiyalar, süni zəka dəbdədir.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Ümumdünya Əqli Mülkiyyət Təşkilatının proqram rəhbəri Yevgeni Sesitski VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində İnnovasiyalar yaradıcı inkişafın əsas mənbəyi kimi panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün xüsusən dövlət süni zəkaya daha çox sərmayə yatırır:

“Məlumata görə, 2035-ci ilə qədər süni zəkaya 85 milyard ABŞ dolları yatırılacaq.Lakin bəzi alimlərin fikirlərinə görə, süni zəka və texnologiyanın inkişafı həmçinin zərər də gətirə bilir. Hesablamalara görə, 2035-ci ilə qədər 5 milyon insan, 2055-ci ilə qədər işləyənlərin 50 faizi öz işini itirəcək. Bu da süni zəkanın inkişafı ilə bağlıdır. Bu prosesin qarşısını almaq üçün yaradıcı sahənin inkişafının təşviqini vacib hesab edirik. Bununla yanaşı qeyd etməliyik ki, artıq süni zəka sistemləri muxtar şəkildə işləyə və hətta yardıcı sahədə fəaliyyət göstərə bilərlər”.


Müəllif: Gülxar

Oxşar xəbərlər