26 Oktyabr 2018 00:15
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dayanıqlı İnkişafa Dair Bakı Formunun açılışından sonra panel müzakirələr başlayıb.

Birinci sessiya müzakirələrdə əsasən davamlı, inklüziv və dayanıqlı iqtisadi artım, tam və səmərəli məşğulluğu və hamı üçün layiqli əmək imkanlarını təşviq etmək mövzusunda olub.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev bildirib ki, toplantıda dayanıqlı inkişaf məqsədlərindən geniş danışıldı.

Onun sözlərinə görə, dayanıqlı inkişaf məqsədlərini həyata keçirmək üçün hər bir hökumət addımlar atır: “Davamlı inkişafı üçün inklüzivlik, ətraf mühitin qorunması və layiqli əmək imkanları vacibdir. İqtisadi artımla layiqli əmək bir-birilə sıx bağlıdır”.

Nazir əlavə edib ki, Azərbaycanda bu istiqqamətdə ciddi addımlar atılır:

“Məşğulluq haqqında qanun qəbul edilib, əlliliklə bağlı zəruri addımlar atılıb. Eyni zamanda əməyin mühafizəsi istiqamətində normativ hüquq aktlar hazırlanıb. Azərbaycanda əmək bazarının ehtiyacı ilə insan resursları arasında işlər aparılır, əməyin fondunun yaradılması, işçi qüvvəsinin peşə təhsili, tədrisi istiqamətində mütəmadi işlər görülür. Yeni texnologiyaların tətbiqi, vahid məşğulluq portalının yaradılması istiqamətində geniş işlər aparılır. Bu istiqamətdə platformanın yaradılması bizim potensialımızı artıracaq”.

Sahil Babayev əlavə edib ki, bu ilin 9 ayı ərzində 100 mindən çox vətəndaşa peşə yönümlü məsləhətlər, tədris və dəstək gösstərilib:

“Yəni görülən işlər konseptual xarakter daşıyır. Forumda ölkəmizin iqtisadi inkişafı haqqında danışıldı. Görüləcək işlər çoxdur. Azərbaycan gənc ölkə kimi qarşısında duran çaağırışlara cavab verməlidir. Əmək bazarına hər il 100 min yeni əmək qüvvəsi gəlir. 2 milyon iş yeri yaradılıb, bunun 1,6 milyonu daimi iş yeri olub. Biz hər il 100 min iş yeri yaratmalıyıq. Bizim əhalimizin 14 faizindən çoxu 14-29 yaş arasındadır. Deməli əhali gəncdir, məşğulluq qabiliyyəti yüksəkdir və onların məşğulluq istiqamətində işlər aparılmalıdır.

Qeyd edim ki, Azərbaycan regionda iqtisadi artıma, dayanıqlı inkişafa dəstək verir. Neft, qaz kəmərləri, nəqliyyat dəhlizləri regionun inkişafına ciddi dəstəkdir. İnkişaf beynəlxalq bazarlara inteqrasiyadan, iqtisadiyyatı şaxələndirməkdən keçir. Həyata keçirilən layihələr, nəzərdə tutulan işlər ölkəmizin və regionumuzun inkişafına töhfə verəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər