Rusiya dayanıqlı iqtisadi inkişafa layiqdir. Biz bunun üçün çalışırıq. Biz götürdüyümüz öhdəliklər çərçivəsində fəaliyyət göstəririk. Bu, yerli prioritetləri nəzərə alaraq aparılmalıdır.
Bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Dayanıqlı İnkişafa Dair Bakı Formunun panel müzakirələrində çıxış edərkən deyib.
Səfir bildirib ki, bu istiqamətdə əsas sənəd Rusiyanın dayanıqlı inkişafa keçid konsepsiyasıdır: “Bunun əsasında çoxlu sənədlər hazırlanıb. Biz 2020-ci ilə qədər sosial inkişafı nəzərdə tuturuq. Bizim üçün vacib məqamlardan biri hər il keçirilən milli məruzələrdir. Rusiya BMT katibliyinə bu icmalı təqdim edib. 2018-ci ildə Rusiya dayanıqlı inkişafın məqsədləri sahəsində bir neçə addım atıb. Bizim ölkəmiz iqtisadi, informasiya və elmi-texniki potensialını artırmağa çalışır. Rusiyanın xarici ölkələrə ayırdığı maliyyə 1 milyard 289 milyon dollar təşkil edir. Bu maliyyə həmin ölkələrdə beynəlxalq inkişafa yönələn layihələrə dəstək olur”.