2 Noyabr 2018 13:04
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə ümumi dəyişiklik edilməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, Siyavuş Novruzov İnzibati Xətalar Məcəlləsinin müzakirəyə çıxarılıb təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib:

“Demək olar ki, hər iclasda biz İnzibati Xətalar Məcəlləsinə bir neçə dəfə dəyişiklik edirik. Təklifim odur ki, Məcəllənin özü müzakirəyə çıxarılsın və təkmilləşdirilsin. Məcəllənin özünə ümumilikdə baxılmalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər