Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçiriblər.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.
Sonra nazir hərbi hissələrdə yaradılan şəraitlə tanış olub. General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnikalar üçün nəzərdə tutulmuş saxlanclara baxış keçirərək konkret tapşırıqlar verib.