13 Noyabr 2018 14:24
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gələn ilin büdcəsinin xərcləri daha irimiqyaslı olduğundan təhsil, səhiyyə və digər sahələrə daha çox vəsait ayrılacaq”.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri millət vəkili Əli Məsimli Milli Məclisdə 2019-cu ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, dövlət büdcəsinin gəlirlərini artırmaq üçün bir sıra təkliflər irəli sürüb:

“2018-19-cu illərin büdcəsinin əvvəlki 3 illə müqayisədə neftdən asılılığı artıb. Təcrübə göstərir ki,vergilər, rüsumlar xətti ilə cari xərcləri ödəmək mümkün deyil. Ona görə də Dövlət Neft Fonmdunun vəsaitinə ehtiyac var. Lakin Neft Fondundan istifadənin müəyyən meyarı olmalıdır. Korrupsiayaya qarşı mübarizəni gücləndirməklə büdcəyə 100 milyonlarla vəsait cəlb edilə bilər ki, bununla da sosial layihələrə xeyli vəsait artırmaq mümkün olar”.
Millət vəkili onu da vurğulayıb ki, büdcə xərclərinin artırılmasından daha çox, həmin xərclərin sosial, iqtosadi layihələrin icrasına səmərəli tətbiqini təmin etmək vacibdir:

“Qeyri-neft sənayesində artım müşahidə edilir. Təmir-tikinti adı ilə külli miqdarda vəsait aidiyyatı üzrə istifadə edilmirsə, həmin sahələrə dəfələrlə vəsait ayrılır və bu vəsaitlər iqtisadi inkişafımıza təsir etmirsə, bu məsələyə yenidən baxılmalıdır. 2019-cu il büdcəsi sosial yönümlü hesab olunsa da, büdcənin sosial yükü aşağıdır. Gələn il 24.8 milyard manatlıq büdcənin 28 faizi investisiya xərclərinə, 6.5 faizi isə səhiyyə xərclərinə yönəlib. İnvestisiya xərcləri elmə yönələn vəsaitdən 51 dəfə çoxdur. Vəsaitdən təmir-tikünti üçün istifadə etmək yaxşıdır, amma bu qədər yox. Biz elmi-texniki tərəqqiyə vəsait ayırmadan necə inkişaf edəcəyik? Təhsilə ayrılan xərcləri tədricən artırmaqla yaxın illərdə müəllimlərə indikindən 2-3 dəfə artıq maaş vermək mümkün olacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər