21 Noyabr 2018 15:20
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz hər zaman xatırlayırıq ki, böhran vəziyyətimizdə Azərbaycan və Türkiyə yanımızda olub. Bizim üçtərəfli əməkdaşlığımız çox vacibdir".

Bunu Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia Bakıda keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.

V.Çaçibaia bildirib ki, hər üç ölkə aktiv şəkildə müştərək təlimlər keçirəcək:

"Bu təlimlər bizim hərbi qulluqçularımız arasında təcrübə mübadiləsi yönündə xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda təhsil, idman sahəsində əməkdaşlıq edəcəyik".

O əlavə edib ki, regionda təhdidlərin artması müşahidə olunur:

"Birgə səylərimizi birləşdirsək, bu problemləri aradan qaldırmağa nail ola bilərik. Azərbaycan və Türkiyə hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkliyib. Biz hər zaman xatırlayırıq ki, böhran vəziyyətimizdə Azərbaycan və Türkiyə yanımızda olub. Bizim üçtərəfli əməkdaşlığımız çox vacibdir". /ordu.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər