Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin Hərbi sənaye kompleksləri departamentinin direktoru Tarabrin Konstantin Anatolyeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.
Müdafiə Sənayesi Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, səmimi keçən görüşdə Azərbaycan ilə Rusiyanın hərbi sənayesi kompleksləri arasında əlaqələrin inkişaf etdirilməsinə və əməkdaşlıq layihələrinin müzakirə edilməsinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti səfər çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində də olub.
Qeyd edək ki, səfər, bu ilin oktyabrında Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev ilə Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev arasında Moskvada təşkil edilmiş görüş zamanı əldə olumuş razılığa əsasən həyata keçirilib.