"Ermənistanda hər zaman iqtisadi-siyasi vəziyyət ağırlaşan kimi dərhal Naxçıvan məsələsi oraya çıxır. Vaxtilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakı-Tiflis -Qars müqaviləsi uzadıldı və ölkələr də buna imza atdı”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, dövlətlər arasında, dövlət başçıları, xalqalar, millətlər arasında münasibətlər aydındır: “Bu gün Azərbaycanla Rusiya arasında çox gözəl münasibətlər var. Lakin bundan bəhrələnən kimlərdir? Əlbəttə ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlılar. O zaman sual olunur: niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmirlər? İrəvanda keçirilən məlum toplantıda erməni dövlətinin rolu yoxdur. Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Gənclər Fondundan başqa kimsə tədbirlər təşkil edirmi? Axı siz yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz”.
Siyavuş Novruzov deyib ki, ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələri Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir: “Rusiya parlamentində bir Zatulun var. Amma yüzlərlə başqaları da var. Onlar dəvət edilməli, Azərbaycanın mövqeləri dəstəklənməlidir. Rusiyada yaşayan milyonçu azərbaycanlılar öz məsuliyyətlərini dərk etməlidirlər”.