9 Dekabr 2018 21:54
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda bu gün keçirilən və artıq 20:00-da başa çatan seçkilərlə bağlı gün ərzində baş verən qanun pozuntularının ümumi vəziyyəti açıqlanıb.

Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq, nazirliyin seçki ilə bağlı yaratdığı qaynar xəttinə hərbçilərin səsverməsi zamanı 39 qanun pozuntusu haqda məlumat daxil olduğunu bildirib. Nazirliyin mətbuat katibi Ovannisyan qeyd edib ki, qanun pozuntuları hərbçilərin seçki məntəqələrinə gətirilməsi, seçkinin təşkili, həmçinin məzuniyyətdə olan hərbçilərin səsverməsi ilə bağlıdır.

Ermənistan İstintaq Komitəsi isə 18:00-a qədər rəsmi olaraq 12 real qanun pozuntusu baş verdiyini açıqlayıb.

Ombudsman Arman Tatoyan ofisinə 18:00-a qədər qanun pozuntusu ilə bağlı 59 siqnal daxil olduğunu bildirib. Əsas pozuntular səsvermənin gizliliyinin təmin edilməməsi, seçki məntəqəsinin yerinin dəyişdirilməsi və s. barədədir.

Çiçəklənən Ermənistan Partiyasının namizədi isə Ermənistan polisi Valeri Osipyana Şirak qubernatorunun Paşinyanın Mənim Addımım Blokunun xeyrinə inzibati metodlardan istifadə ilə səs toplanması barədə məlumat verib.

Respublikaçılar Partiyası seçki vərəqlərinin qeydiyyatında pozuntular və vaxtaşırı olaraq məntəqələrdə RP-yə aid bülletenlərin olmadığını bildirib.

“Hakimiyyətə ayı xidməti göstərənlər seçki qutularına əlavə bülletenlər atırlar. Əgər biz demokratik seçki istəyiriksə, bu kimi hərəkətlərə son qoyulmalıdır”, - RP-nin keçmiş parlamentdəki fraksiyasının rəhbəri vaqram baqdasaryan media açıqlamasında deyib.

Baqdasaryan seçki təbliğatı zamanı N.Paşinyanın RP-yə qarşı təhdid ritorikalarına da diqqət çəkib:

“Paşinyan seçki təbliğatı zamanı haqqımızda “asfalta yaxmaq”, “divara çırpmaq”, “əllərini kəsmək” kimi hədələrdən istifadə edib. Bu ifadələr yaxşı heç nə vəd etmir”.

Seçki pozuntuları barədə RP sədri Sərkisyanın müavini Armen Aşetyon da danışıb. O bildirib ki, seçicilər Mənim Addımım Blokuna səs verməsi üçün ciddi surətdə təlimatlandırılır.


Müəllif: Mənbə/Axar.az