18 Dekabr 2018 17:37
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 milyondan çox Azərbaycan vətəndaşı hər il pulsuz tibbi müayinədən keçir.

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun kollektivi ilə görüşdə deyib.

Dövlət başçısı qeyd edib ki, son 15 il ərzində ölkəmizdə təqribən 650-yə yaxın tibb müəssisəsi tikilib, müasir standartların tələblərə uyğun əsaslı şəkildə təmir edilib:

“Bu gün ölkəmizin istənilən yerində yüksək keyfiyyətli tibbi xidmət almaq mümkündür. Demək olar ki, mərkəzi şəhər və rayon xəstəxanalarının tikintisi və əsaslı təmiri prosesi başa çatır, bir neçə xəstəxana öz açılışını gözləyir. Əminəm ki, yaxın 1-2 ildə bu məsələ də öz həllini tapacaq”.

Bütün bunların ölkəmizin səhiyyə sisteminə verilən çox böyük töhfə olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, bu gün hər bir şəhərdə, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir və vətəndaşlara xidmət edir:

“Əgər buna nail olmasaydıq, əgər səhiyyə sahəsinin maddi-texniki bazasını yaratmasaydıq, biz bu gün apardığımız siyasəti apara bilməzdik. Çünki bu gün sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsindəki islahatlar, qoyulan investisiyalar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, Azərbaycanda yüksək səviyyəli tibbi xidmət ala bilsinlər. Bildiyiniz kimi, son illərdə bütün ölkə üzrə 5 milyondan çox Azərbaycan vətəndaşı hər il pulsuz tibbi müayinədən keçir və aşkar edilən xəstəliklər müalicə olunur. Azərbaycan nadir ölkələrdəndir ki, belə genişmiqyaslı sosial layihə icra edilir. Mən dəfələrlə bildirmişdim ki, Azərbaycan vətəndaşları ildə ən azı bir dəfə tibbi müayinədən keçsinlər. Şadam ki, bu çağırışlar həyatda öz əksini tapır. Xüsusilə nəzərə alsaq ki, hər bir yerdə müayinədən keçmək üçün şərait var və 5 milyondan çox insanın bu imkanlardan istifadə etməsi bizim siyasətimizin qələbəsidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər