21 Dekabr 2018 11:08
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan cəmiyyəti gənclərdən təşkil olunub. 30 yaşa qədər əhalinin sayı 4,6 milyon nəfərdir. Bu isə ölkə öhalisinin 46 faizini təşkil edir. Tələbə yaşında, yəni 24 yaşadək olan gənclərin ölkə əhalisinin 3,6 milyon nəfərini, başqa sözlə, üçdə birini təşkil edir. Demək, bizim cəmiyyətimiz gəncdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov Azərbaycan tələbələrinin II qurultayında çıxışı zamanı deyib.

Əli Əhmədov bildirib ki, gənclərə yönələn siyasət Azərbaycan vətəndaşlarının həyatının yaxşılaşması üçün atılan addımların əsas qayəsini təşkil edir.

Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti və xalqı öz gələcəyini gənclərlə bağlayır: "Gənclərin daha yaxşı təhsil alması Azərbaycanın öz gələcəyini daha etibarlı şəkildə qurması üçün ən mühüm amillərindəndir. Azərbaycan hökuməti bütün potensialını gənclərin daha yaxşı təhsil almasına yönəldib. Bizim üçün əsas prioritet gənclərin mənəvi baxımdan sağlam olmasıdır.

İkinci prioritet gənclərin daha yaxşı təhsil ala bilməsidir. Azərbaycan cəmiyyəti öz inkişafını təhsillə bağlayır.

Siz dünyəvi bilikləri mənimsəməklə həm öz arzularınızı reallaşdırır, həm də cəmiyyətin ən mühüm fundamental amilini formalaşdırmış olursunuz".

Əli Əhmədov bildirib ki, Azərbaycan vətəndaşlarının layiqli vətənpərvər kimi yetişməsi dövlətimizin qüdrətini artırır: "Bu gün gənclərimiz fəxr etməlidirlər ki, onlar azərbaycanlıdırlar. Tələbələrimiz Azərbaycanın dünyada təbliğ etməli, Azərbaycana qarşı çirkli təbliğata qarşı olmalıdırlar.

Bu gün Azərbaycanda layiqli gənclər yetişir. Azərbaycanın gələcəyi siz gənclərin əlində olacaq. Biz sizdən böyük ümidlər gözləyirik. Sizin mübarizliyiniz üzərində gələcək Azərbaycan daha güclü olacaq".


Müəllif: Gülxar

Oxşar xəbərlər