Fransanın Vidadi İsgəndərli kimi qeyri-qanuni fəaliyyətlə məşğul olan, zorakılıq və terror çağırışları edən bir şəxsə siyasi sığınacaq verməsi beynəlxalq hüquqa və həmin ölkənin öz qanunlarına ziddir. Fransanın belə cinayətkarları himayə etməsi Azərbaycan dövlətinə qarşı açıq-aşkar hörmətsilik və təxribatdır.
Marqlıdır ki, Vidadi İsgəndərli nə vaxtdan siyasətçi olub? Axı o, Azərbaycanda ümumiyyətlə siyasi fəaliyyətlə məşğul olmayıb.
Vidadi İsgəndərli Azərbaycanda işlədiyi dövlət orqanında ciddi nöqsanlara yol verdiyi üçün işdən qovulub. İndi onun öz dövlətinə düşmən kəsilməsi isə qisas almaq istəyindən başqa bir şey deyil. Yəni belə bir şəxsi siyasi mühacir adlandırmaq məntiqsizlikdir.
Digər tərəfdən, Vidadi İsgəndərlinin son fəaliyyətində birbaşa cinayət tərkibi var. O, açıq-aşkar terror, zorakılıq çağırışları edir, hakimiyyəti qeyri qanuni yolla devirmək istəyini bəyan edir.
Fransanın beynəlxalq hüququ və öz qanunlarını heçə sayaraq belə addım atması Azərbaycana qarşı təxribatdır. Azərbaycan dövlətinə və xalqına qarşı açıq-aşkar düşmənçilik edən bir şəxsi himayə etməyin başqa adı yoxdur.
Siyasi şərhçi Azər Həsrət hesab edir ki, Fransa dövləti, bu ölkənin aidiyyəti orqanları Vidadi İsgəndərlinin teror və zorakılığa çağırışlarına diqqət yetirməli və müvafiq tədbirlər görməlidirlər. Bu hal baş vermədikdə bütün beynəlxalq təşkilatlarda Fransanın hüquqazidd hərəkəti qaldırılmalı və pislənilməlidir.