1 Fevral 2019 12:53
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və gürcü xalqları daim dost olublar. Bu günlərdə Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş Mixail Avaqyana heykəl qoyulması bu dostluğa kölgə salmaq məqsədi daşıyır”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Əflatun Amaşov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bununla bağlı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bu ölkənin parlamentinin Gürcüstan-Azərbaycan dostluq qrupuna müraciət ünvanladığını bildirib: “Gürcüstan və Azərbaycan hər zaman bir-birinə lazımdır. Azərbaycan Gürcüstana böyük sərmayələr yatırır. Lakin bu dostluğu pozmaq istəyən qüvvələr var. Gürcüstan parlamentinə müraciətimizdə etirazımızı bildirmişik. Ölkələrimiz strateji tərəfdaşdır”.

Spiker Oqtay Əsədov bildirib ki, Axalkalakidə erməniyə heykəlin qoyulması məsələsi ilə Xarici İşlər Nazirliyi məşğul olur: “Artıq Xarici İşlər Nazirliyi bununla bağlı münasibətini açıqlayıb. Bu məsələlər üzrə iş gedir. İnanıram ki, Gürcüstan höküməti bu məsələyə diqqət yetirəcək və problem həllini tapacaq”.


Müəllif: Gülxar

Oxşar xəbərlər