1 Fevral 2019 13:25
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermirlər. Guya heç birinin maliyyə dövriyyəsi yoxdur. Əslində cangüdən, köməkçi saxlayırlar”.

Bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bügünkü iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, həmin partiyaların maliyyə mənbələri açıqlanmalıdır:

“Partiyaların maliyyələşməsi ilə bağlı qaranlıq mənbələr ortaya çıxmalıdır. Bu mənbələr nəticəsində pulla adam tutur, iğtişaş yaradır, aksiya keçirirlər. Bütün bunların mənbəyi həmin şirədədir. Onlara maddi vəsaiti verən tərəf həm də tapşırığını verir. Onlar da vətən, dövlətçilik, xalqına qarşı tapşırığa əməl edir. Bu məsələnin qarşısı qəti şəkildə alınmalıdır”.

S.Novruzov onu da vurğulayıb ki, xaricdə oturub ermənilərin mənbələrinə işləyənlərə qarşı hamı birlikdə mübarizə aparmalıdır:

“Bəzən onlar Milli Məclis haqqında söz deyir, digər həmkarlarımız yaxasını kənara cəkir ki, söz Siyavuş Novruzova, Bahar Muradovaya, Ziyafət Əsgərova deyilir. Onlar bir söz deyirsə, biz 20 dəfə deməliyik. Birlikdə mübarizə aparmalıyıq”.


Müəllif: Gülxar

Oxşar xəbərlər