"Hal-hazırda hadisə yerindəyik, araşdırma aparılır".
Bunu Teleqraf.com-a AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.
Qurban Yetirmişli deyib ki, araşdırmaların nəticəsini əldə etdikdən sonra məlumat veriləcək.
Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb.
İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.