19 Fevral 2019 11:56
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 19-da Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, iclasda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanın nəqliyyat sahəsində gördüyü işlər barədə danışıb. Dəmir yolu, gəmiçilik, aviasiya sahəsində əldə edilən uğurlardan bəhs edən nazir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının da yüksək infkişafını diqqətə çatdırıb.

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycanın nəqliyyat sahəsindəki fəaliyyətini yaxından izlədiklərini, ölkənin logistik mərkəzə çevrilməsinin şahidi olduqlarını bildirib.

Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa və Asiya arasında mühüm tranzit yolu olduğunu deyən H.Hololey Heydər Əliyev Beynəlxalq Aeroportuna səfər etdiyini, “Azərbaycan Hava Yolları” QSC-nin, “Buta Airways” şirkətinin və “Silk Way”in fəaliyyəti ilə yaxından tanış olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC böyük gəmiçilik şirkətidir və yükdaşımalarda böyük paya sahibdir.

Görüş regional əməkdaşlıq, çoxtərəfli məsələlər, hava, dəniz, yol, dəmir yolu və şəhər nəqliyyatı ilə bağlı mövzuların müakirəsi ilə davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər