19 Fevral 2019 12:58
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əmanətlərin tam sığortalanması haqqında" qanuna dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, "Əmanətlərin tam sığortalanması haqqında" qanun bu gün Milli Məclisin plenar islasında müzakirəyə çıxarılıb.

Qanun layihəsində nəzərdə tutulan dəyişikliklər haqqında millət vəkili Ziyad Səmədzadə məlumat verib.
Millət vəkili bildirib ki, dəyişikliyə əsasən, "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddəti 1 il müddətinə uzadılıb.

Qeyd edək ki, bununla bağlı prezident İlham Əliyev parlamentə qanun layihəsi göndərib.

Dəyişiklik səsə qoyularaq qəbul olunub.


Müəllif: Gülxar

Oxşar xəbərlər