28 Fevral 2019 12:16
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı B.Brende E.Məmmədyarovu bu il 6-7 aprel tarixində İordaniyada keçiriləcək Dünya İqtisadi Forumunun Yaxın Şərq və Şimali Afrika üzrə tədbirinə dəvət edib.

Brende tədbir çərçivəsində Körfəz ölkələrinin xarici işlər nazirlərinin iştirak edəcəyi Avrasiya seqmentinin çox önəmli olduğunu diqqətə çatdırıb.

E.Məmmədyarov isə Cenevrəyə səfərinin məqsədlərini bölüşüb, eləcə də Azərbaycanın bu il oktyabrın 21-26-da Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVIII sammitinə ev sahibliyi edəcəyi barədə həmsöhbətini məlumatlandırıb.

Nazir Dünya İqtisadi Forumunun prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan hazırkı danışıqlar prosesi barədə məlumat verib.

Görüş zamanı, həmçinin regional və qlobal gündəlikdə olan mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər