Prezident İlham Əliyev bu gün fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Teleqraf.com fərmandan irəli gələn əsas məqamları təqdim edir:
- Fərman yalnız dollarla kredit götürənlərə, ancaq fiziki şəxslərə aiddir,
- Fərman yalnız ana borc 10 min dollara qədər olan kreditlərə aiddir,
- Fərmanla ödəniləcək kompensasiyalar 5000 dollardan çox olmamalıdır,
- Fərmanla problemli kreditlərə bu günə qədər hesablanmış faiz və dəbbələr silinir,
- Fərmanla 2015-ci il fevralın 21-nə qədər 10000 dollara qədər xarici valyutada mövcud olan əsas kredit borcunun 1-ci devalvasiyadan dəymiş ziyan – yəni hər dollara 25 qəpik və faizlər dövlət tərəfindən ödəniləcək, yerdə qalan ana borc köhnə məzənnə ilə ödəniləcək,
- 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcun üzərinə gəlmiş məzənnə fərqi – yəni hər dollara görə 60 qəpik və faizlər dövlət rərəfindən ödəniləcək,
- 2-ci devalvasiyadan sonra götürülmüş kreditlərə fərman aid edilməyəcək,
- Fərmanla güşəztə düşın kreditlərlə bağlı bankların vətəndaşlara qarşı məhkəmələrdə qaldırılan iddilar geri çəkiləcək.