1 Mart 2019 13:00
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda Moldova Prezidenti İqor Dodon da iştirak edəcək. Bu məqsədlə o, mart ayında Bakıya gələcək.

Bu barədə Teleqraf.com-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Moldova Prezidenti ötən il keçirilən VI Qlobal Bakı Forumunda da iştirak edib. O, foruma xanımı ilə birgə qatılıb.

Moldova Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Ötən il mərkəzin nümayəndə heyətinin Moldovaya səfəri çərçivəsində prezident İqor Dodonla mərkəzin baş katibinin görüşündə qurumun Moldovada fəaliyyətinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər də müzakirə edilmişdi.

VII Qlobal Bakı Forumunda 70-dən çox ölkə təmsil olunacaq. Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılacaq.

Azərbaycan artıq 7-ci ildir ki, foruma ev sahibliyi edir. Tədbirdə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi və ictimai xadimlərin, tanınmış media nümayəndələrinin də iştirakı gözlənilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər