Güney Azərbaycanın Zəncan əyalətində bir qrup tələbə aksiya başladıb.
Axar.az xəbər verir ki, Zəncan Universitetindən olan tələbələr əllərində fars və Azərbaycan dilində yazılmış plakatlar qaldıraraq “Qarabağ Ermənistandır və son” şüarına etirazlarını nümayiş etdiriblər.
Tələbələrin qaldırdığı plakatlarda “Qarabağ bizimdir, Bizim qalacaq”, “Qarabağ İslam torpağıdır və əlbəttə ki... Qarabağ Azərbaycan torpağıdır”, “Həqiqətən işğalçı dövlətlər nə ilə fərqlənir?” - kimi şüarlar yazılıb.