12 Mart 2019 22:13
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda Krtsanisi hərbi hissəsində xidmət edən əsgər Kazım Qəhrəmanovun döyülməsi və ondan pulun tələb olunması faktı üzrə 2 hərbçi müəyyən olunaraq istintaqa cəlb olunub.

Bunu Gürcüstanın Müdafiə Nazirliyinin Hərbi Polis Baş İdarəsinin rəis müavini İrakli Bazeraşvili keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, faktla bağlı operativ istintaq tədbirləri həyata keçirilib:

“Müəyyən olunub ki, mart ayının 9-da 2 hərbçi fiziki və psixoloji təzyiq göstərməklə bir neçə çağırışçıdan pul kartlarını tələb ediblər. Hazırda bütün günahkarların müəyyən olunması və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində hərbi polis əməkdaşları istintaq tədbirləri aparırlar”.

İ.Bazeraşvili qeyd edib ki, bütün günahkarlar qanun çərçivəsində ciddi formada cəzalandırılacaqlar.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər