Mən öz seçicilərim adından Azərbaycan prezidentinə təşəkkür edirəm. Eləcə də Fövqəladə Hallar Nazirliyinin zəlzələ zamanı fədəkarlıq edən əməkdaşlarına çox sağ ol deyirəm.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli deyib.
O, bildirib ki, deputat seçildiyi ərazidə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması üçün dövlət tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. O, cümlədən Azərbaycan Prezidenti İlham Əliyev şəxsən hadisənin baş verdiyi əraziyə gedərək zəlzələdən zərər çəkən sakinlərlə görüşüb: "Bu, faktiki olaraq xalq-prezident birliyinin bir nümunəsi idi. Buna görə təşəkkür edirəm”.