16 Mart 2019 00:24
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın “Agenzia Nova” saytı “Azərbaycan VII Qlobal Bakı Forumunun açılışını edir” sərlövhəli məqalə yayıb.

Teleqraf.com xəbər verir ki, məqalədə Bakıda “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Forum haqqında məlumat verilir. Bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dən artıq nümayəndənin qatıldığı diqqətə çatdırılır.

Yazıda Forum çərçivəsində keçirilən sessiyalar barədə də söz açılır. Bu sessiyalarda qlobal və regional əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu diqqətə çatdırılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII Qlobal Bakı Forumunun açılışında iştirak etdiyi vurğulanır.


Müəllif: Teleqraf.com