2 Sentyabr 2014 09:14
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ikimərtəbəli ev yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 115 kv.m olan ikimərtəbəli 7 otaqlı ev və ona bitişik ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bitişik tikilmiş qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: