Qazaxıstanın istefa vermiş birinci prezidenti Nursultan Nazarbayev hazırkı dövlət başçısı Qasım-Jomart Tokayevlə Astanada Novruz bayramı tədbirlərinə qatılıb.
Teleqraf.com xəbər verir ki, onlar paytaxtdakı etno-aula baş çəkib, qazaxların bayramını təbrik ediblər.
Sabiq prezident milli geyimdə, hazırkı dövlət başçısı rəsmi libasda olub.
Tədbirdə təzə evlənən 9 cütlük Nazarbayevə və Tokayevə yaxınlaşaraq onlardan xeyir-dua alıblar.
Nursultan Nazarbayevin qızı, ötən gün Qazaxıstan Senatının sədri seçilmiş Dariqa Nazarbayeva da tədbirdə iştirak edib.