29 Mart 2019 22:24
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada görüşüblər.

Teleqraf.com xəbər verir ki, bu barədə ATƏT-in yaydığı bəyanatda qeyd edilir.

Bildirilir ki, görüşdə həmçinin həmçinin iki ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarov, Zohrab Mnaçakanyan, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Görüş müsbət və konstruktiv şəraitdə keçib və iki liderə öz mövqelərini aydınlaşdırmağa imkan verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər