Azərbaycan və Rusiya xarici işlər nazirləri - Elmar Məmmədyarovla Sergey Lavrov arasında Moskvada keçirilən ikitərəfli görüş başa çatıb.
Nazirlər iki ölkə arasında aktual məsələləri müzakirə ediblər.
***
12:51
Bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri – Elmar Məmmədyarov və Sergey Lavrov arasında ikitərəfli görüş keçiriləcək.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüş Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutacaq.