9 Aprel 2019 12:45
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Gülməmmədov Hesablama Palatasının 2018-ci illə bağlı hesabatına dair ətraflı məlumat verdi. Bu hesabat bizim komnitədə ətraflı müzakirə edilib və müsbət qiymətləndirib. Hesabatın strukturuna əvvəlki illərdən fərqli olaraq, bir sıra təkmilləşdirmələr əlavə olunub.

Teleqraf.com xəbər verir ki, bu sözləri Hesablama Palatasının 2018-ci illə bağlı hesabatının Milli Məclisdə müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O, bildirib ki, hesabatda dövlət büdcəsinin, qeyri-dövlət fondlarının gəlirləri, alınan xarici kreditlər təsnifatlaşdırılıb: “Hesablama Palatası dövlət vəsaitlərinin qanunauyğun, səmərli xərclənməsi və hesabatlığın artırılması ilə bağlı əhəmiyyətli işlər görüb. Müəyyən edilən nöqsanların statistik cədvəldə özünü ifadə etməsi müsbət hadisədir. Palata 90 milyon manata qədər vəsaitin səmərəsiz xərclənməsini aşkar edib.Mühasibat uçotu sahəsində işlərin gücləndirilməsini vacib hesab edib və müsbət hadisədir”.


Müəllif: Cavad

Oxşar xəbərlər