19 Aprel 2019 16:45
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında" fərman ilə “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi” təsdiq edilib.

Teleqraf.com xəbər verir ki, fərmanla mərkəzin nizamnaməsinin təsdiqi,, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Mərkəzin yenidən təşkili və ləğvi Prezidentə, Mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi Nazirlər Kabinetinə, inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və fəaliyyət planlarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirilməsi, strukturunun Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə həvalə edilib.

Bu fərmanla Nazirlər Kabuinetinə, Ədliyyə Nazirliyinə, Maliyyə Nazirliyinə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər