26 Aprel 2019 15:43
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşünün ləğv olunması ilə əlaqədar rəsmi açıqlama yayıb.

BŞH-dan Teleqraf.com-a verilən məlumata görə, birinci sərbəst yürüş sessiyası kanalizasiya qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub.

“Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Hazırda Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin kanalizasiya qapağının təhlükəsiz şəkildə əvəz olunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox kanalizasiya qapağının təkrar yoxlanılması prosesi başa çatdıqdan dərhal sonra növbəti yarış sessiyasına start veriləcək”, - deyə məlumatda bildirilir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər