27 Aprel 2019 15:44
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, 1:41.604 nəticə ilə "Ferrari" komandasının pilotu Çarles Lekterk finiş xəttinə birinci çatıb. Onu komanda yoldaşı Sebastian Fettel ikinciliklə izləyib. 3-cü yerdə isə “Red Bull Racing” pilotu Maks Ferstappen qərarlaşıb.

Qeyd edək ki, Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 pilotlarının üçüncü sərbəst yürüşündə “Mercedes” komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, “Ferrari” komandasında Sebastian Fettel, Şarl Lekler, “Williams”ın heyətində Corc Rassel və Robert Kubitsa yarışırlar. “Red Bull Racing” komandasında Pyer Qasli, Maks Ferstappen, “Racing Point”də Serxio Peres və Lans Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparıb. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”da Antonio Covinatsi, Kimi Raikkonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edib.

Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə “Haas” komandasının idman şərəfini qoruyub.


Müəllif: Nərgiz

Oxşar xəbərlər