27 Aprel 2019 17:09
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisində sıralama turuna start verilib.

Teleqraf.com xəbər verir ki, pilotlar saat 18:00-dək davam edəcək turun nəticələrinə əsasən, yarış günü start xəttində öz yerlərini alacaqlar.

İkinci və üçüncü sərbəst yürüşlərdə “Ferrari”nin pilotu Şarl Lekler birinci, onun komanda yoldaşı Sebastyan Fettel isə ikinci olub. İlk sərbəst yürüş qəza səbəbindən yarımçıq dayandırılıb.

Qeyd edək ki, Formula 1-də əsas yarış aprelin 28-də olacaq və saat 16:00-da başlayacaq.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər