İlham Əliyev “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 503 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Teleqraf.com Fərmanın mətnini təqdim edir:
“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 503 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 93; 2003, № 10, maddə 571; 2009, № 4, maddə 226) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5-ci hissəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”.
2. Dördüncü abzasdan “6-cı maddəsinin 5-ci hissəsinin 2-ci abzasında,” sözləri çıxarılsın və həmin abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin.
3. Aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5-ci hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs nəzərdə tutulur”.