3 May 2019 10:19
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2002-ci ildən bu günədək Azərbaycan Ordusunun ümumilikdə 24 zabiti bu proqram çərçivəsində NATO-nun müxtəlif struktur və qərargahlarında xidmət edib".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Onun sözlərinə görə, hazırda NATO qərargahlarında Azərbaycanın 8 zabiti xidmət edir: "Bu müddət ərzində beynəlxalq mühitdə əldə olunmuş təcrübə zabitlərimizin ölkəyə qayıtdıqdan sonra milli vəzifələrdəki xidmətlərinə müsbət təsirini göstərir. Çoxmillətli strukturlarda əldə edilmiş bilik və bacarıqlar milli təcrübəyə inteqrasiya olunaraq Ordumuzun döyüş qabiliyyətinin daha da inkişaf etdirilməsinə töhfəsini verir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər