7 May 2019 13:25
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın işğal altında olan torpaqlarına icazəmiz olmadan kiminsə səfər etməsini qətiyyətlə pisləyirik. Bunu ölkəmizin sərhədlərinin pozulması və ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi hesab edirik".

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Ssədr müavini-cra katibi Əli Əhmədov Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın yenidən Dağlıq Qarabağa səfər etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ATƏT bu məsələyə göz yummalalıdır: "Eyni zamanda, beynəlxalq birlik və təşkilatları, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunu və onların vəzifədə olan insanlarını bu cür hallara göz yunmamağa və kəskin reaksiya bildirməyə dəvət edirik. Əlbəttə ki, danışıqlar prosesinin getdiyi dövrdə bu cür səfərlər ümumi anlaşmanın yaranmasına mənfi təsir göstərir və tərəflər arasında qarşıdurmanı bir az da artırmış olur. Beləliklə də mövqeniyin yaxınlaşması lazım olan sülh müqaviləsinin əldə edilməsi işinə mənfi təsir göstərir".

YAP rəsmisi hesab edir ki, bütövlükdə bu cür halların yaşanmasının əsas səbəbi Azərbaycanın ərazisinin 20 faizə qədərinin işğal altında olmasıdır: "Ölkəmiz bu ərazilərə nəzarət edə bilmir. Beynəlxalq qurumlar isə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirə bilmir. Belə olan halda biz təbii ki, beynəlxalq qurumlardan tələb etmək məcburiyyətindəyik ki, bu cür halların qarşısını almaq üçün daha kəskin tədbirlər görsünlər. Nəhayət, müşahidəçi rolundan əl çəksinlər və real işlərlə məşğul olsunlar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər