8 May 2019 16:20
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Jan-Fransua Mansel kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.

Sənəddə Fransa ictimaiyyəti Şuşanın işğalını unutmamağa çağırılıb.

Müraciətdə bildirilib ki, 1945-ci il mayın 8-də faşist Almaniyasının məğlubiyyətə uğradıldığı gün kimi yaddaşlarda qalıb: "Lakin 1992-ci il mayın 8-i azərbaycanlı dostlarımız üçün Şuşa şəhərinin erməni silahlı bölmələri tərəfindən işğalı günü kimi ağrılı bir gündür".

Sənəddə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrə də toxunulub: "Şuşa Azərbaycan musiqisinin beşiyi olub. Muğamın yarandığı bu şəhərdə Azərbaycan mədəniyyətinin ən önəmli səhifələri yazılıb. Aleksandr Düma Qafqaza səfəri zamanı dövrünün ən məşhur şairəsi olan Qarabağ xanının qızı Xurşudbanu Natavan ilə məhz bu şəhərdə tanış olub. Şuşa 1992-ci il mayın 8-nə kimi Azərbaycan mədəniyyətinin döyünən ürəyi olub".

Müraciətdə Şuşanın işğalının acı nəticələri haqqında məlumat verilib: "Şuşanın alınması ilə Ermənistan Azərbaycana məxsus olan Dağlıq Qarabağın işğalını başa çatdırır, 480 nəfər öldürülür, 600 nəfər yaralanır, 552 uşaq valideynsiz qalır. Şuşada olan Azərbaycanın bütün mədəni irsi məhv edilir".

Sənəddə BMT-nin qətnamələri xatırlanaraq bir milyon məcburi köçkünün öz torpaqlarına qayıda biləcəkləri günü hələ də gözləməkdə davam etdikləri vurğulanıb. Eyni zamanda rəsmi Parisdən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq regionda ədalətli və davamlı sülhün bərpası üçün öz vəzifəsini layiqincə icra etmək istənilib./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər