13 May 2019 16:12
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər kuboku: Aprel zəfəri” layihəsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, layihənin bağlanış mərasimi Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov, “İrəli” komandası, üzvləri və layihə iştirakçıları Ağdam rayonunda yerləşən “Şəhidlər” abidəsini ziyarət edib. Daha sonra layihəsinin final yarışları Ağdam Olimpiya İdman Kompleksində keçirilib. Layihənin final oyunları yekunlaşdıqdan sonra “İrəli” komandası və layihə iştirakçılarının Ağdamdakı N saylı hərbi hissədə şəxsi heyətlə görüşləri baş tutub.

Tədbirin sonunda “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinə daxil olan idman növləri üzrə qalib gələn komandaların nümayəndələri kubok, medal və müxtəlif dərəcəli diplomlar, qiymətli hədiyyələrlə təltif olunub.

“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, vətənə sağlam gənclərin yetişdirilməsinə töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Layihə Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər