14 May 2019 11:16
1 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Məhkəmə - hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Teleqraf.com xəbər verir ki, Assosasiyanın Prezidenti, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İham Rəhimov çıxış edərək, tədbirinin mahiyyətindən danışıb.

Daha sonra hüquq elmləri doktoru Xanlar Ələkbərov çıxış edib. O, ədalət mühakiməsinin elektron tərəzisi barədə məlumat verib.

Bildirilib ki, bu, elektron huquq tərəzisindən hər bir hakim rahat şəkildə istifadə edə biləcək.

Konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri respublikanın tanınmış hüquqşünasları eləcə də, MDB dövlətlərinin, Türkiyə və Avropanın nüfuzlu hüquqşünasları iştirak edirlər.

Tədbir davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər