"Yekun bəyannaməsən narazı qalan təkcə Azərbaycan olmadı".
Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə "Şərq Tərəfdaşlığı" Proqramının onilliyinə həsr olunan Yüksək Səviyyəli Konfrans çərçivəsində keçirilən “Şərq Tərəfdaşlığı"nın 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyət və təhdidlər” adlı paneldə Azaərbaycanın yekun bəyannaməsini niyə imzalamaması barədə suala cavabında bildirib.
“Bu, Rumıniya nümayəndəsi olan sədrə veriləcək sualdır. Yekun bəyannamə bizi də, bəzi başqa ölkələri də qane etmədi.
Biz Azərbaycan nümayəndələri bu sənədin Helsinki Yekun Aktının da prinsiplərini nəzərə almaqla mövqeyimizə uyğun gəlmədiyi fikrindəyik”, - nazir qeyd edib./Report/