Avrasiya məkanında baş verən hadisələr dünyanın enerji xəritəsində dəyişikliklər edir. Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev bazar ertəsi Bakıda keçirilən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin energetika nazirlərinin qeyri-formal görüşündə bildirib.
Nazir həmçinin görüş iştirakçılarının diqqətini son vaxtlar Afrikanın şimalında və Ukraynada baş verən hadisələrə yönəldib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyinin güclənməsi üçün əməkdaşlığı genişləndirmək və enerji daşıyıcıları marşrutlarının şaxələndirilməsi sahəsində iş aparmaq zəruridir.