Bu gün o, tarixi hadisənin 26 illiyidir
Hə, 1993-cü ilin yayı çox qızmar gəlmişdi. Azəryundan götürülən sürət iyun hadisələrini qaçılmaz etmişdi. Bu sürətin qarşısını alacaq qüvvə isə ya yox idi, ya da sadəcə almaq istəyən yox idi. Ona görə də 1993-cü ilin iyunun 9-u Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edirlər. Hakimiyyətin özü, şəxsən Əbülfəz Elçibəy, şəxsən İsa Qəmbər, şəxsən Baş nazir Pənah Hüseyn. Özü də elə bir vaxtda ki, Bakıda artıq hadisələr məcrasından çıxmışdı. Ölkə vətəndaş müharibəsinə cəlb olunmuşdu. Ortalıqda 60-dan artıq itki vardı. Qardaş qardaşa güllə atır, üstünə tank sürürdü. Bəs hadisələrin qarşısını vaxtında almaq mümkün deyildimi? Suala həmin günlərdə Ali Sovetin sessiyasında İsa Qəmbər belə cavab vermişdi.
Yəni, Heydər Əliyev belə bir mürəkkəb günlərdə Bakıya gəldi. O ölkədəki ağır siyasi vəziyyəti düzgün qiymətləndirərək vətəndaş sülhü yaratmağın mümkünlüyü ilə bağlı jurnalistlərin verdiyi suallara belə cavab vermişdi. Vəziyyət çox ağırdır, hətta mənim heç bir təminat verə bilmədiyim qədər ağır. Amma çalışacağıq ki, hər şey yaxşıya doğru olsun.
Hər halda, 1993-cü ilin qızmar iyun ayı siyasətdə bişmişləri də, naşıları da tanımaq baxımından maraqlı ay idi. Amma daha maraqlıları hələ qarşıda olacaqdı.