ABŞ Türkiyə pilotlarının F-35 qırıcı təyyarələri üçün təlimlərini dayandırıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Pentaqon sözçüsü Mayk Endryüs açıqlama verib:
"Türk pilotların təlim uşuşları dayandırıldı. Türk siyasətində dəyişiklik olmadıqca F-35 proqramında iştirak üçün müttəfiqimiz Türkiyə ilə çalışmaları davam etdirəcəyik".
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri almasına etiraz olaraq bu ölkəyə F-35 qırıcısı satmaqdan imtina edib.
Arizona və Florida ştatlarında 42 türk pilot F-35 qırıcı təyyarəsini idarə etmək üçün təlim keçirdi.
Bu ara ABŞ Konqresinin Nümayəndələr Palatası "ABŞ-Türkiyə ittifaqına yönəlik narahatlığın ifadə edilməsi" adlı sənəd qəbul edib.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy sənədə sərt reaksiya verib: "Qərarda Türkiyənin xarici siyasəti və məhkəmə sistemi haqqında yer alan haqsız və əsassız iddiaların qəbulu əsla mümkün deyil".
Aksoy bu addımın müttəfiqlik prinsipinə uyğun gəlmədyini də vurğulayıb.