Paşinyan hökumətinə müxalif olan Respublikaçılar Partiyasının təmsilçisi Armen Aşotyan 2016-cı ilin aprel döyüşlərilə bağlı komissiya yaradılmasının əleyhinə olduqlarını deyib.
Teleqraf.com xəbər verir ki, Sərkisyanın partiyasının nümayəndəsinə görə, komissiyanın aparacağı araşdırmalar ordunun və erməni dövlətinin imicinə zərbə olacaq.
A.Aşotyan əlavə edub ki, Paşinyan bu komissiyadan Serj Sərkisyana qarşı istifadə etmək niyyətindədir: "belə bir komissiyanın fəaliyyəti ordunun nüfuzunu sarsıda və zabit heyətinin işini iflic edə bilər".