13 İyun 2019 13:55
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin Turizm naziri Rania Əl Maşatın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahim məlumat verib.

Onun sözlərinə görə, səfər iyunun 15-dən 18-dək baş tutacaq.

Səfir qeyd edib ki, xanım nazir Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin 110-cu iclasında iştirak etmək üçün Bakıya səfər edəcək: “Bu səfər bir neçə illik fasilədən sonra Misirdən Azərbaycana nazir səviyyəsində olan ilk səfərdir”.

Səfirliyin iki ölkə arasında birbaşa uçuşların davamlılığını təmin etmək məqsədilə apardığı təbliğat kampaniyası çərçivəsində turizm nazirinin Azərbaycan media nümayəndələri üçün mətbuat konfransı təşkil ediləcək.

Azərbaycan Hava Yollarının iyulun 8-dən etibarən Bakıdan Qahirəyə təşkil edəcəyi çarter reysinə və eləcə də iyulun 18-dən etibarən Bakıdan Şarm əl-Şeyx şəhərinə açılacaq digər çarter reysinə dair məsələlərə toxunulacağı bildirilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər