20 İyun 2019 13:43
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana gəlib.

İyunun 20-21-də baş tutacaq səfər çərçivəsində gürcü spiker Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşəcək.

İ.Kobaxidze həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olacaq, Baş Nazir Novruz Məmmədovla da görüşəcək.

Bakıya rəsmi səfər çərçivəsində Gürcüstan parlamentinin sədri Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının 53-cü plenar sessiyasında iştirak edəcək.

***

10:44

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfər proqramı açıqlanıb.

İyunun 20-21-də baş tutacaq səfər çərçivəsində gürcü spiker Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşəcək.

İ.Kobaxidze həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olacaq, Baş Nazir Novruz Məmmədovla da görüşəcək.

Bakıya rəsmi səfər çərçivəsində Gürcüstan parlamentinin sədri Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının 53-cü plenar sessiyasında iştirak edəcək.

İ.Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyətinə deputatlar Zviad Dzidziquri, Mahir Dərziyev, Ruslan Hacıyev, Savalan Mirzəyev, Azər Süleymanov və digər şəxslər daxildir./report/


Müəllif: Teleqraf.com